Azərbaycanda 6 ayda 93,1 min yeni iş yeri açılıb (RƏSMİ)

Azərbaycanda 6 ayda 93,1 min yeni iş yeri açılıb (RƏSMİ)
İqtisadiyyat 3035

 

2016-cı ilin birinci yarısında ölkəmizdə 73,1 mini daimi olmaqla, 93,1 min yeni iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 63,7 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 26,3 faizi Bakı şəhərinin, 1,9 faizi Naxçıvan Muxtar Respublikasının, 71,8 faizi regionların, o cümlədən 25,9 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,2 faizi Abşeron, 6,9 faizi Lənkəran, 5,7 faizi Şəki-Zaqatala, 4,4 faizi Quba-Xaçmaz, 3,7 faizi Dağlıq Şirvan, 3,1 faizi Yuxarı Qarabağ, 0,6 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 9,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 26,2 faizi mövcud və fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 64,1 faizi isə fərdi sahibkarlıq subyektlərində açılıb.

Nazim Babayev

BAKU.WS

Son xəbərlər