28 müəllim 100% nəticə göstərib
Müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı yalnız 28 nəfər 100% nəticə göstərib.
BAKU.WS məlumat verir ki, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin aparıcı məsləhətçisi Sevinc Ağayeva deyib. O, bildirib ki, Azərbaycanın 9 rayon və 3 şəhərinin müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi üçün 25989 nəfər qeydiyyatdan keçib. Onlardan 25693 nəfər iştirak edib. 262 nəfər 10% dən aşağı nəticə göstərdiyi üçün diaqnostik qiymətləndirmədən keçməyib.
Xaçmaz rayonunda keçirilən imtahanlarda dəvət olunmuş müəllimlərin 98,5 faizi, Masallı rayonunda keçirilən imtahanlarda 99,17 faizi, Şirvan şəhərində keçirilən imtahanlarda 98,4 faizi, Sumqayıt şəhərində keçirilən imtahanlarda 99,04 faizi, Gəncə şəhərində keçirilən imtahanlarda isə 99,14 faizi iştirak edib.
Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əmək haqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişaf yönümlü təlimlərə cəlb edilməsidir.
Qeyd edək ki, 2016-cı il 1 yanvar tarixindən bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş müəllimlərin əmək haqqı artırılıb.
BAKU.WS
Oxşar xəbərlər
Maaşı artmayan müəllimlərə şad xəbər
"Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən və işə yeni qəbul olunan müəllimlər üçün bu ilin yayında yenidən diaqnostik qi...