“BakuBus” avtobuslarında ilk – 800 nəfər arasında sorğu

“BakuBus” avtobuslarında ilk – 800 nəfər arasında sorğu
Sosial 1070

"BakuBus” avtobusundan istifadə edən sərnişinlər arasında sorğu keçirilib.

Şirkətdən BAKU.WS-ə verilən məlumata görə, 6 və 8 nömrəli marşrut xəttlərindən istifadə edən vətəndaşlar arasında keçirilən sorğuda ASAN könüllüləri tərəfindən ictimai nəqliyyatda tətbiq olunan yeniliklər barədə soruşulub. Ümumilikdə 321-i kişi 479-u qadın olmaqla 800 nəfəri əhatə edən sorğunun nəticələrini təqdim edirik: Sorğu 9 sual üzrə keçirilmiş və vətəndaşların təklif və şikayətləri qəbul edilmişdir. Sorğuda iştirak edənlərin orta yaş həddi 35 olmuşdur. Sorğuda iştirak edən ən gənc vətəndaşın 10, ən yaşlı vətəndaşın isə 83 yaşı olub. Beləliklə sorğuda təqdim olunan suallara verilən cavabların nəticələri aşağıdakı kimi olmuşdur: 1) Yeni avtobusların rahatlıq səviyyəsi sizi qane edirmi? Sorğuda iştirak edənlərin 96,8 faizi (775 nəfər) bu suala bəli cavabını vermişdir. Respondentlərin cəmi 3,2 faizi (25 nəfər) bu suala xeyr cavabı vermişdir. 2) Ödənişin kart vasitəsi ilə həyata keçirilməsi sizə uyğundurmu? Sorğuda iştirak edənlərin 95,6 faizi(765 nəfər) bu suala bəli cavabını verib. Respondentlərin cəmi 4,4 faizi (35 nəfər) bu suala xeyr cavabı verib. Bəli 96.8 % Xeyr 3.2 % Bəli 95.6 % Xeyr 4.4 % Kişi 40% Qadın 60% Sorğuda iştirak edən vətəndaşların gender göstəriciləri 3) Sizcə ictimai nəqliyyatda hər hansı qida məhsulu yemək doğrudurmu? Sorğuda iştirak edənlərin cəmi 10 faizi (80 nəfər) bu suala bəli cavabını verib. Respondentlərin 90 faizi (620 nəfər) isə bu suala xeyr cavabı vermişdir. 4) Digər avtobusların dayanacaqlardan kənarda dayanması sizi qane edirmi? Sorğuda iştirak edənlərin cəmi 9,3 faizi (75 nəfər) bu suala bəli cavabını vermişdir. Respondentlərin 89,7 faizi (625 nəfər) isə bu suala xeyr cavabı vermişdir. 5) Sizcə ictimai nəqliyyatda ucadan danışmaq doğrudurmu? Sorğuda iştirak edənlərin cəmi 8,5 faizi (68 nəfər) bu suala bəli cavabını verib. Respondentlərin 91,5 faizi (632 nəfər) isə bu suala xeyr cavabı vermişdir. 6) Dayanacaqlararası məsafələr sizi qane edirmi? Sorğuda iştirak edənlərin 54,2 faizi (434 nəfər) bu suala bəli cavabını vermişdir. Respondentlərin 45,8 faizi (366 nəfər) isə bu suala xeyr cavabı vermişdir. Bəli 10% Xeyr 90% Bəli 9.3% Xeyr 89.7 % Bəli 8.5 % Xeyr 91.5 % Bəli 54.2 % Xeyr 45.8 % 7) Marşrut xətlərinin əhatə dairəsi sizə uyğundurmu? Sorğuda iştirak edənlərin 79,2 faizi (634 nəfər) bu suala bəli cavabını vermişdir. respondentlərin 20,8 faizi (176 nəfər) isə bu suala xeyr cavabı vermişdir. 8) Kart vasitəsi ilə olan ödənişin nəqliyyata minərkən həyata keçirilməsi sizin üçün rahatdırmı? Sorğuda iştirak edənlərin 94,1 faizi (753 nəfər) bu suala bəli cavabını verib. Respondentlərin cəmi 5,9 faizi (47 nəfər) isə bu suala xeyr cavabı verib. 9) Bakı şəhərində bütün avtobusların yeni sistemə keçməsinin tərəfdarısınızmı? Sorğuda iştirak edənlərin 95 faizi (760 nəfər) bu suala bəli cavabını verib. Respondentlərin cəmi 5 faizi (40 nəfər) isə bu suala xeyr cavabı vermişdir. Sorğuda iştirak edən vətəndaşların şikayətlərinin ən çoxu ödəniş terminallarının azlığı ilə bağlı olub. Ən çox verilən təklif isə Bakı şəhəri üzrə bütün nəqliyyatın yeni sistemə keçirilməsi və dayanacaqların sayının çoxaldılması ilə bağlı olub. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

“BakuBus”ın yeni marşrut xətti istifadəyə verildi (ÜNVAN)

“BakuBus”ın yeni marşrut xətti istifadəyə verildi (ÜNVAN)

Bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 3 nömrəli marşrut xətləri istifadəyə verilib. "BakuB...

3673 Sosial 10:25 07 noyabr 2015

Son xəbərlər