“Azərsu”dan bayramla bağlı əhaliyə MÜRACİƏT

“Azərsu”dan bayramla bağlı əhaliyə MÜRACİƏT
Sosial 788

“Azərsu” ASC 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

BAKU.WS bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar, Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Oxşar xəbərlər

“Azəriqaz”dan Yeni il qabağı əhaliyə XƏBƏRDARLIQ

“Azəriqaz”dan Yeni il qabağı əhaliyə XƏBƏRDARLIQ

SOCAR-in “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə dekabrın 29-dan yanvarın 3-dək gücləndirilm...

3599 Sosial 10:44 28 dekabr 2018

Son xəbərlər