Azərbaycanda "Qırmızı kitab"a salınan heyvan və bitki növlərinin sayı artıb - Nazir müavini AÇIQLADI

"Ötən il nəşr olunan "Qırmızı kitab"da bitki növlərinin sayı 460, heyvan növləri isə 241 oldu. Əlbəttə ki, bu, narahatedici rəqəmlərdir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Nazir müavini qeyd edib ki, məsələnin həlli istiqamətində addımlar atılır:
"Bu ilin sonuna qədər 2 milli parkın yaradılması planlanıb. Hazırda xüsusi mühafizə olunan sahələrin ümumi sahəsi 897 000 hektardır.
Sözügedən ərazilərin ümumi sahəsi iki dəfə artıb. "Qırmızı kitab"a qeydiyyat hər 10 ildən bir aparılır. Birinci "Qırmızı kitab" 1989-cu ildə nəşr olunub.
Sözügedən ildə nəşr olunan kitabda cəmi 108 heyvan, 140 bitki növü olub. İkinci "Qırmızı kitab" bir az gecikmə ilə 2013-cü ildə nəşr olunub. Bu "Qırmızı kitab"da 300 bitki növü, 221 heyvan salınıb" ,- deyə nazir müavini vurğulayıb.
Oxşar xəbərlər
1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
"Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki...
