Azərbaycanın neft məhsulları Ermənistana ÇATDI
Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, Bakıdan yola salınan 1 300 ton Azərbaycanın "Aİ-95" markalı benzinini daşıyan yük qatarı artıq Ermənistandadır.
O qeyd edib ki, neft məhsulları daşıyan 22 vaqon Gürcüstan-Ermənistan sərhədini keçib.
Papoyanın sözlərinə görə, bu, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasından sonra, eləcə də bütövlükdə müstəqillik dönəmində ilk ticarət və iqtisadi sövdələşmədir.
Qeyd edək ki, dünən Biləcəri stansiyasından Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana göndərilib.
*** 14:12
Hazırda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan dəmir yolu qatarı Ermənistan-Gürcüstan sərhədini keçir.
BAKU.WS xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə səhifəsində yazıb.
"Bu dəqiqələrdə Ermənistan-Gürcüstan sərhədini (Ayrum stansiyası) Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə çatdırılan, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli "Aİ-95" markalı benzinlə yüklənmiş 22 sistern vaqon keçir.
Bəlkə də bu, təkcə sülh qurulduqdan (iki ölkə arasında -red.) sonra Ermənistan və Azərbaycan arasındakı ilk ticari-iqtisadi razılaşma deyil, həm də müstəqilliyin əldə edilməsindən sonra ümumiyyətlə ilkdir", - G.Papoyan yazıb.
Oxşar xəbərlər
DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Rayonlara avtomobillə gedənlər...
Bayram günlərində yollarda hərəkət intensivliyi artır, səfərlər çoxalır və təəssüf ki, bu dövr yol-nəqliyyat hadisələrinin də artması ilə müşayiət olunur. BAKU....