Azərbaycan və Ermənistan tərəfləri "Zod" mədəninin sərhəd hissəsinə baxış keçiriblər
Azərbaycan və Ermənistan tərəfləri Geqarkunik vilayətindəki "Zod" ("Sotk") qızıl mədəninin sərhədyanı hissəsinə baxış keçiriblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Baş nazirin müavini Mqer Qriqoryanın dəftərxanasına istinadən məlumat yayıb.
"Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələri "Sotk" mədəninin sərhədyanı hissəsində birgə çöl tədqiqatları aparıblar", - dəftərxanadan bildiriblər.
Daha əvvəl Ermənistan mediası tərəflərin bu sahədə demarkasiya işləri apardıqları barədə xəbər verib. Qriqoryanın ofisi bu məlumatı təkzib edib.
Oxşar xəbərlər
Avqust ayında hansı meyvələri yemək faydalıdır?
Avqust ayı meyvə baxımından ən zəngin dövrlərdən biridir və bu ay süfrəyə daxil edilən mövsümi meyvələr həm vitamin, həm də antioksidantlarla zəngin olur. BAKU...