Avtobuslardan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR - 2026-cı ildən...
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilin yanvar ayından etibarən istehsal tarixi 15 ildən artıq olan avtobuslar müntəzəm marşrut xəttində istifadə olunmayacaq.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni qərar təsdiqləyib.
Qərara əsasən, müntəzəm marşrutlarda işləyəcək avtobuslara müəyyən tələblər qoyulacaq. Buna avtomobilin indiyədək olan yürüşü və istehsal tarixi, nağdsız ödəniş imkanı qurğusu, sərnişin sayma qurğusu və sair daxildir.
Ekspert Elməddin Muradlı deyib ki, avtobus parkının yenilənməsinə ciddi ehtiyac var. Lakin bu qərar köhnə avtobusların tamamilə xətdən çıxarılması demək deyil:
"Hesab edirəm ki, bunu çox qısa müddətdə icra etmək o qədər də asan olmayacaq. Məncə, bu qərar gələn ildən etibarən köhnə avtobusların dərhal xətdən çıxarılması kimi anlaşılmamalıdır".
Qeyd edək ki, yeni qərar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin, Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcı şirkətlərin qarşısına qoyulan tələbdir.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR – Mütəxəssislərin tövsiyəsi
Baş ağrısı gündəlik həyatda ən çox rast gəlinən narahatlıqlardan biridir. Susuzluq, yorğunluq, stress və nizamsız qidalanma bu problemin yaranmasına səbəb ola b...