Adil Kərimli: "Azərbaycanın multikultural ənənələri cəmiyyətin həyat tərzinə çevrilib"
Azərbaycanın milli və dövlət dəyərlərinin bir hissəsi olan multikulturalizm ənənələri cəmiyyətin həyat tərzinə və dövlət siyasətinə çevrilib.
BAKU.WS xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli rəhbərlik etdiyi nazirliyin və Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Tarixi-dini abidələrin mühafizəsi: çağırışlar və perspektivlər" konfransında deyib.
Onun sözlərinə görə, tarixi-dini abidələrin qorunması mədəni irsin mühafizəsinin mühüm istiqamətlərindən biridir. "Cənab Prezidentin qeyd etdiyi kimi, bu, bizim həyat tərzimiz və dövlət siyasətimizdir", - deyə A.Kərimli bildirib.
O qeyd edib ki, tarixi-dini abidələr yalnız memarlıq obyektləri deyil, həm də xalqın tarixi yolunu, dini dünyagörüşünü, ənənələrini və milli kimliyini əks etdirir.
Nazir vurğulayıb ki, Azərbaycan mədəni irs obyektlərinin qorunmasına, bərpasına və konservasiyasına xüsusi həssaslıqla yanaşır.
İşğaldan azad edilmiş ərazilərə toxunan A.Kərimli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni və dini abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər aparılır.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, kor...