Sentyabr ayında bank sektorunda ixtisarlara və filialların bağlanmasına start veriləcək. 

BAKU.WS-in məlumatına görə bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib. 

"Ən azı bir bankın bağlanması da mümkündür. Ancaq möcüzə, yəni neftin bahalaşması bu prosesi ertələyə bilər. Bu möcüzənin baş verməsi isə çətin görünür”, - deyə ekspert vurğulayıb.  

Qeyd edək ki, son məlumata əsasən Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar artaraq 42,50 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,44 dollar ucuzlaşaraq 49,19 dollar olub.

Azad Əliyev 
BAKU.WS