Qazdan istifadə edənlərin NƏZƏRİNƏ - İyulun 15-də...

Qazdan istifadə edənlərin NƏZƏRİNƏ - İyulun 15-də...
Sosial 2008

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcı stansiyası (QPS) "Mingəçevir 1-ci xətt" ölçü qovşağından qidalanan Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən kollektordan H.Əliyev prospekti, məcburi köçkün qəsəbəsinə qədər olan d-219 mm-lik L=5600 p/m yerüstü ortatəzyiqli daşıyıcı qaz xəttinin kompressor (1 atm) vasitəsilə kipliyi sınaq ediləcək.

Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 12 küçədə 3 200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Son xəbərlər