Nə qədər çox pul qazansa da, heç vaxt varlanmayacaq bürclər

Nə qədər çox pul qazansa da, heç vaxt varlanmayacaq bürclər
Digər 210

Nə qədər çox pul qazansa da, heç vaxt varlanmayan bəzi bürclər var ki, onların maddi uğursuzluğu təkcə qazancın azlığı ilə deyil, xərcləmə vərdişləri və həyat tərzləri ilə bağlıdır. 

BAKU.WS maliyyə idarəsində çətinlik çəkən və "əlinə pul gələn kimi yox olan" bürcləri təqdim edir:

Balıqlar bürcü

Balıqlar çox xeyirxah və duyğusal insanlardır. Onlar əllərinə pul düşən kimi ya sevdiklərinə kömək edirlər, ya da özlərini emosional olaraq yaxşı hiss etmək üçün xərcləyirlər. Maliyyə planlaması onlara yad bir anlayışdır. Əsas hədəfləri varlanmaq yox, daxili rahatlıq tapmaqdır.

Şir bürcü

Şir bürcündən olanlar çox bədxərc və nümayişkarandır. Onlar üçün imic və təəssürat maddi təminatdan daha önəmlidir. Brend geyimlər, bahalı restoranlar, lüks həyat – bütün bunlar onları daim pul itkisinə sürükləyir. Qazansalar da, sərmayə və qənaət onlara görə deyil.

Əkizlər bürcü

Əkizlər dəyişkən və plansızdır. Pul onlar üçün sabitlik vasitəsi yox, ani ehtiyacları qarşılamaq üçün bir alətdir. Bugünkü ehtirasları sabahın təhlükəsindən daha önəmlidir. Onlar bir anda xərcləyib, sonra "necə oldu?" sualı ilə baş-başa qalırlar.

Oxatan bürcü

Oxatan azadlığı və sərgüzəşti sevir. Pul onlar üçün azadlıq vasitəsidir, qənaət yox. Səyahətə, macəralara və yeni təcrübələrə sərf olunan pullar onların "ən yaxşı sərmayəsidir", amma bu yanaşma uzunmüddətli maliyyə sabitliyini zərbə altına alır.

Qeyd edək ki, bu bürclərin nümayəndələri istəsələr belə, varlanmaq onlar üçün çətin ola bilər. Çünki qazancdan çox, pulun necə idarə olunduğu vacibdir. Əgər bu bürclərdən birisinizsə, maliyyə vərdişlərinizi nəzərdən keçirmək vaxtıdır.

Son xəbərlər