Ana balasının vəfat xəbərini eşidib öldü - Abşeron Gənclər Şəhərciyində usta faciəyə səbəb oldu

Ana balasının vəfat xəbərini eşidib öldü - Abşeron Gənclər Şəhərciyində usta faciəyə səbəb oldu
Hadisə 1304

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, partlayış usta siqaret çəkmək istəyən zaman baş verib.

Belə ki, hadisə zamanı mənzildə iki uşaq olub. Onlardan biri - 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.

Mərhumun anası isə ağır yaralı olduğu üçün övladının öldüyünü ondan gizlədiblər.

Övladının ölüm xəbərini bu gün öyrənən ana dözməyərək ölüb.

Digər uşaq mənzildə olsa da (ölən uşaqdan böyükdür), ona heç nə olmayıb, ehtimal olunur ki, o, nənəsinə veriləcək. Uşaqların atası isə onlarla yaşamırmış.

Qeyd edək ki, mərhum Günel Əliyeva Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı kimi çalışırmış.

Oxşar xəbərlər

TikTok canlı yayımında dəhşət: qadını bıçaqladı

TikTok canlı yayımında dəhşət: qadını bıçaqladı

TikTok sosial şəbəkəsində şok hadisə baş verib. BAKU.WS xəbər verir ki, Türkiyədə TikTok-da "Karagül" adı ilə tanınan istifadəçi canlı yayım zamanı mübahisə etd...

7 Hadisə 13:55 20 aprel 2026

Son xəbərlər