Rusiyada Azərbaycan bayraqları ilə avtomobil yürüşünə görə araşdırma başlanıb
Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Saratov şəhərində Azərbaycan bayraqları ilə avtomobillərin yürüşünü əks etdirən videodan sonra araşdırmaya başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya DİN-in Saratov vilayəti üzrə Baş İdarəsi bildirib.
"Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən yoxlama aparılır", - deyə idarədən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda Azərbaycan bayraqları ilə bəzədilmiş bir neçə avtomobilin Saratov küçələrində hərəkəti əks olunur. Kadrlardan birində avtomobillərdən birinin yol hərəkəti qaydalarını pozduğu görünür.
Oxşar xəbərlər
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub. BAKU.WS xə...