Saat 12-dən axşam saat 16:00-dək... Həkimdən XƏBƏRDARLIQ

İsti havası və günəş şüaları ilə əhvalımızı xoş edən yay fəsli müəyyən səhhət problemlərinə də səbəb ola bilər. Günəşin faydalarına baxmayaraq, zərərli təsirləri də mövcuddur.
Qeyd edək ki, son günlər dünyada və Azərbaycanda havaların kəskin istiləşməsi, ölkəmizdə temperaturun 40 dərəcədən yuxarı qalxması ilə bağlı mütəmadi məlumatlar verilir.
Həkimlər də belə havalarda xüsusi diqqətli olmağı tapşırırlar. Unutmaq olmaz ki, ultrabənövşəyi şüalara qarşı ən həssas olan orqanımız gözlərimizdir. Həddindən artıq günəş şüalarına məruzqalma nəticəsində gözlər zədələnə bilər. Buna görə də qızmar aylarda göz sağlamlığına xüsusi diqqət edilməlidir.
Mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alıb, gözlərimizin necə qayğısına qalmağı öyrənmək üçün uzman Dr. Oftalmoloq-cerrah Emil Yusifovla əlaqə saxladıq.
Həkim BAKU.WS-ə bildirdi ki, yay aylarında, xüsusilə də günəşli havalarda, gözlərinizi qorumaq üçün bir neçə vacib addım atmaq lazımdır.

"İlk öncə mütləq günəş eynəyi taxmaq lazımdır. UV radiasiyasından qoruyan eynəklərdən istifadə etmək lazımdır. Bundan başqa, mütləq çöldə gəzərkən papaq və ya başörtüsü istifade etmək mütləqdir. Bunlar gözlərinizi birbaşa günəş işığından qoruyacaq", - deyə E.Yusifov bildirib.
Emil Yusifov deyir ki, isti havalarda gözlərə qulluq mütləqdir:
"Göz damlaları istifadə edin. Əgər gözləriniz günəşdə quruyursa, göz damlaları istifadə etmək rahatlıq yarada bilər".
Həkim əlavə olaraq məsləhət görür ki, günəşin ən güclü olduğu saatlarda açıq havada çox qalmaq olmaz.
"Günün ən isti və günəşli saatları adətən səhər saat 12-dan axşam saat 4-ə qədər olur. Bu saatlarda açıq havada az vaxt keçirməyə çalışın".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Nə qədər çox pul qazansa da, heç vaxt varlanmayacaq bürclər
Nə qədər çox pul qazansa da, heç vaxt varlanmayan bəzi bürclər var ki, onların maddi uğursuzluğu təkcə qazancın azlığı ilə deyil, xərcləmə vərdişləri və həyat t...