İyulun 7-si saat 10:00-dan bu ərazilərdə QAZ KƏSİLƏCƏK

05
iyl
2025
11:30
İyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun iki kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Oğuz xidmət sahəsinin ərazisində yerləşən Bucaq və Muxas kəndlərini qazla təmin edən d-159 mm diametrli qaz xəttində ölçü qovşağının quraşdırılması ilə bağlı işlər aparılacaq. Odur ki, işlər başa çatana qədər kəndlərdə ümumilikdə 630 abonentin qazı kəsiləcək.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.
Oxşar xəbərlər
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
Binəqədi qəsəbəsində illərdir həllini tapmayan qeydiyyatsız evlər problemi yüzlərlə ailəni narahat edir. BAKU.WS AzTV-yə istinadən xəbər verir ki, sakinlər yaşa...
