Cəlilabadda meşədəki yanğına iki helikopter cəlb edilib

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
***17:28
Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1976-ci il təvəllüdlü meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Hazırda yanğın davam edir.
*** 14:14
Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.
BAKU.WS xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Özünə "peyğəmbər" deyərək dörd il gizlənə bildi: Qətlə görə tutuldu
2021-ci ilin iyul ayında atası ilə birgə Abşeron rayonunda qətl törətməkdə ittiham olunan Emin Ramazanov tutulub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki...