SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Avqustun 8-i və 9-da 4 saylı Bakı "ASAN xidmət” mərkəzi görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək.

 
"ASAN xidmət” mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, vətəndaşlar qeyd olunan tarixlərdə hazır sənədlərlə bağlı əvvəlki qaydada mərkəzə müraciət edə biləcəklər. Sənəd qəbulu ilə bağlı isə Nizami rayonu, Heydər Əliyev  prospekti  115 ünvanında yerləşən 5 saylı Bakı "ASAN xidmət” mərkəzinə müraciət edərək xidmətlərdən yararlanmaq mümkündür. Bundan başqa, xidmətlərlə bağlı digər mərkəzlərimiz də fəaliyyətini davam etdirir. 

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. 
 
BAKU.WS