Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir - FOTO
16
iyl
2024
12:59
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları davam edir.
BAKU.WS xəbər verir ki, səhər saat 9:00-dan başlayan qanvermə aksiyalarında saat 12:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub.
Qeyd edək ki, qanvermə aksiyaları respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanda keçirilir.
Qalereya
Oxşar xəbərlər
"Qanını əbəs yerə tökməkdənsə, qanı ehtiyac duyanlara bağışlamaq gözəl olar" - İlahiyyatçı Fərid Abdullahla MÜSAHİBƏ
Məhərrəm ayı, İslam dinində mühüm bir dövr olaraq böyük mənəvi və tarixi əhəmiyyət daşıyır. BAKU.WS-in məlumatına görə, bu ayın onuncu günü olan Aşura günü, hə...