Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir - FOTO

Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir - FOTO
Foto
Sosial 122

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları davam edir.

BAKU.WS xəbər verir ki, səhər saat 9:00-dan başlayan qanvermə aksiyalarında saat 12:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub.

Qeyd edək ki, qanvermə aksiyaları respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanda keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər