İndiyə qədər ölkə üzrə 1 787 vahid qan toplanılıb - YENİLƏNİB-4 + FOTO

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirilən könüllü qanvermə aksiyasında saat 18:00-dək 1 787 vahid qan yığılıb.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
***16:22
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirilən könüllü qanvermə aksiyasında saat 16:00-a kimi 1 699 vahid qan toplanılıb.
Səhiyyə Nazirliyindən oxu.az-a verilən məlumata görə, bunun 1 210 paytaxt üzrə, 489 vahidi isə regionların payına düşür.
***12:40
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar Bakıda 8 məscid və ziyarətgahlarda keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayı açıqlanıb.
Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva “Report”a açıqlamasında bildirib ki, qanvermə aksiyası başlayandan indiyədək paytaxtda 600 nəfərə yaxın şəxs könüllü olaraq qan verib.
O, qeyd edib ki, qanvermə aksiyasına vətəndaşlar tərəfindən çox böyük maraq var: “Aksiya hazırda davam edir”.
***09:21
Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir.
BAKU.WS xəbər verir ki, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində icra olunur.
Məhərrəm ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar belədir:
Bakı şəhəri üzrə:
Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu, Sahibəzzaman məscidi
Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu, Qaraçuxur məscidi
Yasamal rayonu, Təzə Pir məscidi
Yasamal rayonu, Hacı Soltanəli məscidi
Binəqədi rayonu, İmam Əli məscidi.
Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunur.
Qeyd edək ki, Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.
Qalereya
Oxşar xəbərlər
Bakıda keçirilən qanvermə aksiyasına 160 personal cəlb edilib
"Bakıda keçirilən qanvermə aksiyasına 160 personal cəlb edilib". BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Təzəpir" məscidində keçirilən qanvermə aksiyas...
