13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakıda böyrək satışı ilə bağlı reklamlar yapışdırılır.


BAKU.WS
-in məlumatına görə, belə reklamları kasıb insanlar öz böyrəklərinə müştəri tapmaq üçün yapışdırırlar. Bakının Qara Qarayev metrosunun yaxınlığında divarda "Böyrək satılır" adlı elanlar da buna sübut ola bilər.

Tibbi ekspert Adil Qeybulla BAKU.WS-ə açıqlamasında bildirib ki, bu problem artıq öz həllini tapıb. Yəni qəbul edilən qərara əsasən yalnız qohumlar öz orqanlarını bağışlaya bilər. Lakin yad insanların bir-birilərinə orqan verməsi qanunla qadağan edilib.

"Bakıda orqan transplatasiyası ilə bağlı konkret qərar var. Lakin hələlik Azərbaycanda Donor haqqında qanun yoxdur. Heç ölkədə Donor bankı da yoxdur. Bu da müəyyən problemlər yaradır. Bu səbəbdən də, gələcəkdə bu məsələni nəzərə almaq lazımdır”, - deyə Adil Qeybulla bildirib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, bu əməl qanunla qadağandır. Hüquq-mühafizə orqanları da daimi olaraq belə hallarla mübarizə aparır. Əgər belə qanun pozuntusu baş verərsə, vətəndaş mütləq yazılı şəkildə müraciət etməlidir.

Səhiyyə Nazirliyindən də BAKU.WS-ə bildirdilər ki, son illər belə faktlar qeydə alınmayıb.

Xatırladaq ki, son olaraq 2011-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanları insan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktı ilə bağlı ABU Klinikasında əməliyyat keçirib. Əməliyyatın keçirilməsini həyata keçirən vəzifəli şəxslər saxlanılıb və vəzifəli şəxslər barəsində cinayət işi başlanıb.


Ziya Səccad
BAKU.WS