Dünyada satışı qadağan edilmiş zəhərli balıq Bakıda açıq satışdadır (FOTO)

Dünyada satışı qadağan edilmiş zəhərli balıq Bakıda açıq satışdadır (FOTO)
Sosial 6379

  Bakıda yenə insan sağlamlığı üçün təhlükə mənbəyi olan panqasius balığı satılır.

Bununla bağlı vətəndaşlar BAKU.WS saytına şikayətlərində bildiriblər. Bildirilib ki, paytaxtda "Supermarket N1” marketlərində bu zəhərli balıq növü satılır. Qeyd edək ki, dünyada ən zəhərli balıq növlərindən sayılan panqasiusun satışı bir çox Amerika və Avropa ölkələrində qadağan edilib. 

Vyetnamın Mekonq çayından tutulan panqasius balığının tərkibi zəhərli maddələr, ağır metallarla zəngindir. Mekonq çayı öz növbəsində dünyanın ən çirklənmiş çayı sayılır. Mənbəyində kimya və müxtəlif zavodlar yerləşən çayın suyu insan dərisi və orqanizmi üçün olduqca təhlükəlidir. Çayda panqasius balığından başqa heç bir canlı yaşamır. 

Panqasius balığının tərkibindəki xlor, metan və digər toksiki maddələr insan genefondunu məhv edir, beyin hüceyrələrini dağıdır. Balığı yedikdə insan orqanizimdə qanın laxtalanması tezləşir. Ağ ciyərlərin fəaliyyəti iflic vəziyyətə düşür. Veytnamda bu balığın kiloqramı 0,001 dollara, Azərbaycan pulu ilə 1 qəpikdən də ucuz - 0,0078 qəpiyədir.    Paytaxtın Supermarket No1-də isə balıq açıq satışdadır.  Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda kütləvi zəhərlənmə olan şadlıq sarayı açıldı

Bakıda kütləvi zəhərlənmə olan şadlıq sarayı açıldı

8 avqust tarixində Binəqədi rayonunda yerləşən "Zəngəzur” şadlıq evində baş verən kütləvi zəhərlənmədən sonra bağlanan obyekt yenidən fəaliyyətə başlayıb. Bin...

1792 Sosial 10:37 26 avqust 2015

Son xəbərlər