Dəniz kənarında qəribə hadisə (VİDEO, FOTO)
Ötən həftə Çində baş verən partlayışdan sonra qəribə hadisələr baş verir.
BAKU.WS-in məlumatına görə, Çinin Tianşin şəhərində limanda təhlükəli maddələrin saxlandığı anbar partlayıb. Hadisədən bir həftə sonra partlayış yerindən 6 kilometr uzaqlıqda minlərlə ölü balıq sahilə çıxıb. Dövlət rəsmiləri, partlayışın baş verdiyi anbarda 40 fərqli kimyəvi təhlükəli maddənin olduğunu bildirib. Çin rəsmiləri isə bildiriblər ki, dənizdə kimyəvi maddələr yoxdur. Balıqların ölməsinə partlayışın səbəb olmadığını iddia ediblər. Bundan əlavə, Çin rəsmilərindən biri də belə bir iddia irəli sürüb ki, yayda hərarət artdıqca, oksigen buxarlanır. Balıqlar da oksigen çatışmazlığından ölür.
Qeyd edək ki, partlayışda 116 adam həyatını itirib, 60 adam itkin düşüb, 700 adam xəsarət alıb. BAKU.WS
Oxşar xəbərlər
Rəşad Sadıqov: “Cavid belə şey etməz” (VİDEO)
"Qarabağ” futbol klubunun kapitanı Rəşad Sadıqov yığma komanda yoldaşı Cavid Hüseynovun jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində əlinin olub-olmamasına...