Bu rayonun mərkəzi və 3 kəndi susuz qaldı
                            
                                03
                                iyn
                            
                                2023
                                10:17
                            
                            Biləsuvar rayonunun mərkəzində və 3 kəndində içməli suyun verilməsində fasilə yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-a rayon icra hakimiyyətindən məlumat verilib.
Belə ki, Biləsuvar şəhərində 5 200, Zəhmətabad, Bəydili və Xırmandalı kəndlərində isə 900 abonent olmaqla ümumilikdə 6 100 abonenti içməli su ilə təmin edən mərkəzi anbarda gigiyenik qaydalara uyğun olaraq təmizlik və dezinfeksiya işləri aparılır.
Ona görə də aparılan təmizlik işləri ilə əlaqədar olaraq ötən gün axşamdan, bu gün saat 13:00-dək içməli suyun verilişində fasilə olacaq.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...