Bu yaşayış məntəqələrinin qazlaşdırılmasına 100 milyon manat ayrılıb - SİYAHI
05
mar
2018
19:21
Azərbaycan prezidenti İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli, Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşmənin təmin edilməsi tapşırılıb.BAKU.WSAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamı ilə təsdiq edilib
| Sıra№-si | Yaşayış məntəqəsi |
| Lənkəran rayonu | |
| 1 | Mollakənd kəndi |
| 2 | Şovu kəndi |
| Şəki rayonu | |
| 1 | Çayqaraqoyunlu kəndi |
| 2 | Baş Küngüt kəndi |
| Yevlax rayonu | |
| 1 | Rüstəmli kəndi |
| 2 | Qaraməmmədli kəndi |
| Ağcabədi rayonu | |
| 1 | Biləyən kəndi |
| 2 | Şotlanlı kəndi |
| Ağdaş rayonu | |
| 1 | Orta Ləki kəndi |
| 2 | Aşağı Nemətabad kəndi |
| Ağsu rayonu | |
| 1 | Nuran kəndi |
| Astara rayonu | |
| 1 | Rinə kəndi |
| Beyləqan rayonu | |
| 1 | Əmirzeydli kəndi |
| Bərdə rayonu | |
| 1 | Hacıbəyli kəndi |
| 2 | Kafarlı kəndi |
| Cəlilabad rayonu | |
| 1 | Cəlayir kəndi |
| Daşkəsən rayonu | |
| 1 | Quşçu kəndi |
| 2 | Bayan kəndi |
| Gədəbəy rayonu | |
| 1 | Çaldaş kəndi |
| 2 | Səbətkeçməz kəndi |
| Goranboy rayonu | |
| 1 | Həmənli kəndi |
| Göyçay rayonu | |
| 1 | Kürdşaban kəndi |
| 2 | Şəkili kəndi |
| Göygöl rayonu | |
| 1 | Şəhriyar kəndi |
| 2 | Kərəmli kəndi |
| 3 | Çaykənd kəndi |
| Xaçmaz rayonu | |
| 1 | Krasnı Xutor kəndi |
| İmişli rayonu | |
| 1 | Aranlı kəndi |
| 2 | Qızılkənd kəndi |
| İsmayıllı rayonu | |
| 1 | Lahıc qəsəbəsi |
| 2 | Qaraqaya kəndi |
| 3 | Gəndov kəndi |
| 4 | Namazgah kəndi |
| Kürdəmir rayonu | |
| 1 | Qarasu kəndi |
| Qax rayonu | |
| 1 | Meşəbaş kəndi |
| Qəbələ rayonu | |
| 1 | Mıxlıqovaq kəndi |
| 2 | Kötüklü kəndi |
| Qobustan rayonu | |
| 1 | Şıxzahırlı kəndi |
| Quba rayonu | |
| 1 | Ərməki kəndi |
| 2 | Güneyməhlə kəndi |
| Qusar rayonu | |
| 1 | Piral kəndi |
| 2 | Cibir kəndi |
| Lerik rayonu | |
| 1 | Veri kəndi |
| Masallı rayonu | |
| 1 | Tatyanoba kəndi |
| 2 | Güllütəpə kəndi |
| Neftçala rayonu | |
| 1 | Ərəbqardaşbəyli kəndi |
| 2 | Cəngan kəndi |
| Oğuz rayonu | |
| 1 | Muxas kəndi |
| Saatlı rayonu | |
| 1 | Məzrəli kəndi |
| 2 | Azadkənd kəndi |
| Sabirabad rayonu | |
| 1 | Yuxarı Axtaçı kəndi |
| 2 | Yastıqobu kəndi |
| Salyan rayonu | |
| 1 | Düzənlik kəndi |
| 2 | Peyk kəndi |
| Siyəzən rayonu | |
| 1 | Qozağacı |
| Şabran rayonu | |
| 1 | Sumağava Qazma kəndi |
| 2 | Qorğan kəndi |
| Şamaxı rayonu | |
| 1 | Bağırlı kəndi |
| 2 | Ovçulu kəndi |
| Şəmkir rayonu | |
| 1 | Yeni Göyçə kəndi |
| 2 | Şəmkir şəhərinin “Sərxan” adlanan ərazisi |
| 3 | Qaracəmirli kəndində yeni massiv |
| Tərtər rayonu | |
| 1 | Soyulan kəndi |
| 2 | Hacallı kəndi |
| 3 | Alışarlı kəndi |
| 4 | Rəcəbli kəndi |
| 5 | Kövdadıq kəndi |
| 6 | Bildirçinli kəndi |
| 7 | Umudlu kəndi |
| 8 | Aşağı Qapanlı kəndi |
| Tovuz rayonu | |
| 1 | Hunanlar kəndi |
| 2 | Əhmədabad kəndi |
| Ucar rayonu | |
| 1 | Ramal kəndi |
| 2 | Əlikənd kəndi |
| Yardımlı rayonu | |
| 1 | Gavran kəndi |
| Zaqatala rayonu | |
| 1 | Bəhmətli kəndi |
| 2 | Lahıc kəndi |
| Zərdab rayonu | |
| 1 | Şıxbağı kəndi |
| 2 | Nəzəralılı kəndi |
| Məcburi köçkünlərin yaşadığı ərazilər üzrə | |
| 3 rayonda 4 qəsəbə | |
| Ağdam rayonu | |
| 1 | Ergi adlanan ərazidə salınmış qəsəbə (Ağdam, Şuşa və Laçından olan məcburi köçkünlər) |
| 2 | “Mirzələr” qış otlağı ərazisində salınmış yaşayış massivi (Şuşadan olan məcburi köçkünlər) |
| Ağcabədi rayonu | |
| 1 | Taxtakörpü adlanan ərazidə salınmış qəsəbə (Laçından olan məcburi köçkünlər) |
| Sabirabad rayonu | |
| 1 | Rüstəmli kəndinin ərazisində salınmış qəsəbə (Zəngilandan olan məcburi köçkünlər) |
Oxşar xəbərlər
Yeni xəstəxananın tikintisi üçün Səhiyyə Nazirliyinə 6 milyon manat ayrılıb
Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir ki, Naftalan Şəh...