Şabranda xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb
28
fev
2018
19:00
Azərbaycan prezidenti İlham Əliyev Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Bölgələrdə uşaq bağçaları tikiləcək - 19,5 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, əhalisi 3...