Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrılıb

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrılıb
Siyasət 1204
Azərbaycan prezidenti İlham Əliyev Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, 17 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.BAKU.WS

Oxşar xəbərlər

Göyçayda yol tikintisinə 6,4 milyon manat ayrılıb

Göyçayda yol tikintisinə 6,4 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Göyçay rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam...

853 Siyasət 19:02 06 oktyabr 2017

Son xəbərlər