Salyanda yol tikintisinə 3,5 milyon manat ayrılıb
26
sen
2017
20:02
Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunun Qaraçala-Düzənlik-Peyk-Birinci Varlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, 8 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Qaraçala-Düzənlik-Peyk-Birinci Varlı avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,5 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Neftçalada yol tikintisinə 21,5 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də “Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haq...