Şamaxıda yol tikintisinə 3,9 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
BAKU.WS-in məlumatına görə, 14 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Göylər-Quşçu avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
BAKU.WS
Oxşar xəbərlər
Prezident yol tikintisinə 5,3 milyon manat ayırdı
Prezidetn İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, yüz...