Prezident Binəqədi-Novxanı-Corat yolunun təmirinə pul ayırdı

Prezident Binəqədi-Novxanı-Corat yolunun təmirinə pul ayırdı
Sosial 1077
 

Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama görə, yetmiş iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 5,9 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

BAKU.WS

Oxşar xəbərlər

Prezident Goranboy rayonuna 2,2 milyon manat ayırdı

Prezident Goranboy rayonuna 2,2 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb...

1056 Siyasət 18:42 27 iyul 2016

Son xəbərlər