Prezident yol çəkilişinə 1,4 milyon manat ayırdı
Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir:
"1. On min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə 1,4 milyon (bir milyon dörd yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".
BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən Yeni il jesti: aztəminatlı ailələrə 5,3 milyon manat
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: "1....