İlham Əliyev çoxmənzilli binaların dam örtüyünün təmir edilməsilə bağlı sərəncam imzaladı

İlham Əliyev çoxmənzilli binaların dam örtüyünün təmir edilməsilə bağlı sərəncam imzaladı
Sosial 1178

Son illərdə Sumqayıt şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb. O cümlədən şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənib, parklar salınıb, çoxmənzilli binaların sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

BAKU.WS-in məlumatına görə, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın. Ölkə başçısı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməyi tapşırıb. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev yanğınla bağlı sərəncam imzaladı

İlham Əliyev yanğınla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yar...

2636 Hadisə 20:08 05 dekabr 2015

Son xəbərlər