Dövlət başçısı yağışın fəsadlarını aradan qaldırmaq üçün 4 milyon ayırdı
Lənkəran şəhəri ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncama görə, Lənkəran şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədilə Lənkəran şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılıb. Pulun ödənilməsi isə Maliyyə Nazirliyinə tapşırılıb. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyevdən Gömrüklə bağlı vacib fərman
Dövlət başçısı Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb. BAKU.WS-in məlumatına...