Prezident yol tikintisi üçün 12 milyon manat ayırdı
Prezident İlham Əliyev Gəncə şəhərinin Zazalı-"İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir:
Zazalı-"İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev yol çəkilişi üçün 1,1 milyon manat ayırdı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncam İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əli...