İlham Əliyev yol çəkilişi üçün 1,1 milyon manat ayırdı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncam İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqındadır. Sərəncamda deyilir ki, 15 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 1,1 milyon (bir milyon bir yüz min) manat ayrılsın. Bu məbləğ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən maliyyələşdiriləcək. BAKU.WS
Oxşar xəbərlər
Prezident yol çəkilişinə 1,4 milyon manat ayırdı
Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BAKU...