Prezident yol tikintisi üçün pul ayırdı
Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir:
"On üç min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 1,3 milyon (bir milyon üç yüz min) manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".
BAKU.WS
Oxşar xəbərlər
Prezident yol tikintisi üçün 12 milyon manat ayırdı
Prezident İlham Əliyev Gəncə şəhərinin Zazalı-"İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BA...