Azərbaycanın şimal rayonlarında 22 modul tipli məktəb quraşdırılacaq
02
fev
2018
20:05
Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 870 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.BAKU.WS
Oxşar xəbərlər
Ağdamda yol tikintisinə 2 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunun Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. BAK...