Bakının 3 kəndinin su sisteminin yenidən qurulmasına 5,83 milyon manat ayrılıb

Bakının 3 kəndinin su  sisteminin yenidən qurulmasına 5,83 milyon manat ayrılıb
Siyasət 554
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində, Pirallahı rayonunun Pirallahı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” Azərbaycan prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,83 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.BAKU.WS

Oxşar xəbərlər

Goranboyda yol tikintisinə 5,7 milyon manat ayrılıb

Goranboyda yol tikintisinə 5,7 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb...

1265 Siyasət 18:34 25 oktyabr 2017

Son xəbərlər