Qobustanda yeni xəstəxana tikilir - 15,52 milyon manat ayrılıb
09
fev
2018
21:53
Azərbaycan prezidenti İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri, avadanlıq və inventarla təchiz olunmasının başa çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 15,52 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Prezident Mingəçevir üçün 12 milyon manat ayrıb
Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzal...