Yıldız Tilbe 12000 nəfərlik iftar süfrəsi təşkil edəcək

Yıldız Tilbe 12000 nəfərlik iftar süfrəsi təşkil edəcək
Foto
Şou-biznes 21

Müğənni Yıldız Tilbe Qəzzaya dəstəyini davam etdirir.

BAKU.WS xəbər verir ki, sənətçi bu dəfə Ramazan ayı münasibətilə Qəzzada 12 000 nəfər üçün iftar süfrəsi təşkil edəcək.

Layihənin maliyyə vəsaitinin hamısı Tilbe tərəfindən qarşılanıb və məbləğ müvafiq dərnəyə təqdim edilib. Təşəbbüsün məqsədi müharibə və humanitar böhran şəraitində yaşayan minlərlə ailənin qarnını doyurmaqdır.

Yıldız Tilbe 12000 nəfərlik iftar süfrəsi təşkil edəcək

Xatırladaq ki, Yıldız Tilbe ötən ay da Qəzzada iki çadır şəhərciyinin qurulması üçün 300 000 dollar ianə etmişdi. Həmin vəsait hesabına inşa işlərinə start verilib.

Tilbe daha əvvəl də bölgəyə humanitar yardım göndərib. Belə ki, o, ötən Ramazan ayında da Qəzzada üç müxtəlif nöqtədə ümumilikdə 4 000 nəfər üçün iftar süfrəsi təşkil edib.

Sənətçinin bu humanitar addımları sosial şəbəkələrdə geniş müzakirə olunaraq, rəğbətlə qarşılanıb.

Son xəbərlər