Ulduz Falı - 17.02.2018
17
fev
2018
07:30
Necə deyərlər, fala inanma, faldan da qalma...Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın.QoçYaxşı olar ki, bu təqvimi bütünlüklə münasibətlər zəmininə yönəldəsiniz. Çünki ən böyük probleminiz ətrafda başa düşülməməyinizdir. Bunu bacarsanız, heç bir mənfi halla üz-üzə qalmayacaqsınız. BuğaBir neçə yeniliyin şahidi olacağınızdan xəbər verən ulduzlar ilk növbədə alicənablığınızı qorumağı məsləhət görür. Davranışlarda nə qədər səmimi olsanız, ümumi işin xeyrinə olacaq.Əkizlər Daxili sıxıntılardan qurtulmaq istəyirsinizsə, keçmişin acı xatirələrini yada salmayın, nikbinliklə gələcəyə baxın. Nahardan sonra müqəddəs yerləri ziyarət edin.XərçəngƏsas enerjinizi qarşılıqlı münasibətlərə sərf edin. Çünki indi ən çox süstlük deyilən istiqamətdə mövcuddur. Xırdaçı və qeybətcil adamlardan mümkün qədər uzaq olun.ŞirQarşınızda maraqlı bir gün durur. Lakin atacağınız addımlardan asılı olaraq prosesləri müsbət və ya mənfi istiqamətə yönəldə bilərsiniz. Odur ki, yolu özünüz seçməlisiniz.QızQarşılıqlı münasibətlərdə ümumi vəziyyət qənaətbəxş olmasa da, fəaliyyət zəminində, ələxsus da gəlir əldə etməkdə irəliləyişləriniz mümkündür. Əmin olmadığınız halda heç kəsə söz verməyin.TərəziHansısa xoşagəlməzliyin olacağını düşünməyin. Əksinə, nəzərdə tutduğunuz planların reallaşması istiqamətində uğurlara yetişəcəksiniz. Günün ikinci yarısında varlanacağınız mümkündür.ƏqrəbBürcünüzün xarakterinə görə, sizə daha çox ikili fikirləriniz mane olur. Heç olmasa, bu gün qəti qərarlar verməyə çalışın. Yalnız bu halda uğur qazanıb diqqət mərkəzində ola bilərsiniz.OxatanŞəxsi büdcənizin gələcək durumu bu gün atacağınız addımlardan çox asılıdır. Odur ki, qarşınıza çıxan ən xırda şansdan belə yararlanmalısınız. Təcrübəli adamlardan müraciət etməkdən çəkinməyin. Onlardan məsləhət alın.OğlaqGöy qübbəsi adi işlərlə məşğul olmağınızı tövsiyə edir. İstənilən prosesdə tələskənlik yalnız planlarınızı poza bilər. Ailə-sevgi münasibətlərində mülayimlik göstərin.DolçaBütün vacib işlərinizi günün ikinci yarısına salın. Ötən yarım ay ərzində baş tutmayan işlərinizə bu gün yenidən start verə bilərsiz. Bu istiqamətdə təcrübəli adamlardan yararlanın.BalıqlarSəhhətinizi qoruya bilsəniz, ixtiyarınızda olan bu təqvimdən xeyli razı qalacaqsınız. Ulduzlar əlverişli məqamlarla rastlaşacağınızı, yeni şanslar qazanacağınızı proqnozlaşdırır."Ulduz falını" sizə təqdim etdik. Lakin bir vacib məqamı heç vaxt unutmayın. Günəşdən, aydan və ulduzdanda yüksəkdə yalnız Allahdır !Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 15 Yanvar
Astroloqlar bu günə olan bürc proqnozlarını açıqlayıb. Qoç - səhər saatlarını ötən günlərdən qalmıış məsələlərin həllinə və işlərin başa vurulmasına həsr edi...