Astroloji proqnoz - 23 aprel
Qoç - Maliyyə işləriniz bu gündən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq.
Buğa - Saat 15-ə qədər ovqatınıza mənfi təsir edən hadisələr cərəyan edəcək. Bu gün çox pul xərcləməyin.
Əkizlər - Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İkitərəfli sövdələşmələriniz uğurlu olacaq.
Xərçəng - Saat 13:00-a qədər yaxşı heç nə gözlənilmir. Sonrakı müddətdə isə hər hansı problemlə rastlaşmayacaqsınız.
Şir - Sizə qarşı qərəzli çıxışlar ola bilər. İmkan olsa, nahardan sonra qonaq gedin.
Qız - Maraqlı hadisələrin şahidi olacaqsınız. Enerjinizi xeyirxah işlərə yönəldin.
Tərəzi - Bürcünüz üçün hansısa uğur vəd olunmur. Əsas diqqətinizi səhhətinizə yönəldin. Qeybətdən uzaq olun.
Əqrəb - Günortaya kimi gərgin dəqiqələr yaşaya bilərsiniz. Zövq məsələlərində partnyorunuzla sözünüz çəp gələcək.
Oxatan - Gününüz maraqlı keçəcək. Qonaq getmək üçün uyğun gündür.
Oğlaq - Şəxsi işlərinizdə böyük dönüş yaranacaq. Perspektivlərinizi reallaşdırmağa can atın.
Dolça - Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Ailə üzvləri ilə gərginlik yaşaya bilərsiniz.
Balıq - Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Heç bir məsələdə riskə getməyin.
Oxşar xəbərlər
Astroloji proqnoz - 20 aprel
Qoç - Şəxsi büdcənizdə artım olacaq. Bu istiqamətdə bütün səylərinizi birləşdirin. Buğa - Əgər uzaq səfərə çıxmaq planınız varsa, təxirə salmayın. Maliyyə çəti...