Astroloji proqnoz - 12 aprel
Qoç - Əsas vaxtınızı işə ayırın. İşdən kənarda ciddi uğurlarınız gözlənilmir. Yersiz risklərə bugünlük son qoyun.
Buğa - Məhəbbət məsələlərində uğurlarınız olacaq. Əgər səhv sizdədirsə, üzr istəməkdən çəkinməyin.
Əkizlər - Münaqişəli gündür. Nahar ərəfəsində diqqətli olun. Bu gün varlanmaq ehtimalınız var.
Xərçəng - İkitərəfli əməkdaşlığa başlamaq üçün gözəl ərəfədir. Öhdənizə düşən işləri asanlıqla yerinə yetirə biləcəksiniz.
Şir - Məsuliyyətinizi dərk etməli və aldığınız dəvətlərə razılıq verməlisiniz. Nahardan sonra büdcənizdə artım mümkündür.
Qız - Ətrafınızda olan insanlarla səmimiyyət yaradın.Ancaq hamının rəğbət mərkəzində olmağa can atmayın.
Tərəzi - Qərar çıxararkən təcrübəli insanların məsləhətlərindən bəhrələnə bilsəniz, gün ərzində narahatçılığınız olmayacaq.
Əqrəb - Səhhətinizdə problem gözlənilir. Qida məsələlərində diqqətli olun.
Oxatan - Maddi imkanınız yaxşılaşacaq. Uzaq yola hazırlaşmaq olar.
Oğlaq - Ümumi əhvalınız aşağı ola bilər. Ailə üzvlərinizlə mehriban və səmimi davarının.
Dolça - Ürəyinizcə olan bir xəbər eşidəsiniz. Əgər imkan tapsanız, günün birinci yarısında idmana vaxt ayırın.
Balıq - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq imkanınız var. Bu istiqamətdə sizə ətrafınızda olan səmimi və təcrübəli insanların da köməyi dəyə bilər.
Oxşar xəbərlər
Astroloji proqnoz - 08 aprel
Qoç - O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımı adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Buğa - Səh...