Bu gecə coşqulu və ehtiraslı anlarla yadda qalacaq
BAKU.WS bu günün ulduz falını təqdim edir: QOÇ - Təzadlı ərəfəyə təsadüf edən bu günü bir qədər mübahisəli şəkildə keçirəcəyiniz gözlənilir. Odur ki, özünüzü ələ almalı, insanlarla ünsiyyətinizi kifayət qədər məhdudlaşdırmalısınız. BUĞA - İxtiyarınızda olan bu gündə işləriniz çox olacaq. Bu səbəbdən də ikitərəfli əməkdaşlığa başlamağa dəyər. Əmin olun ki, bu təqvimdə əziyyətlərinizin bəhrəsini görəcəksiniz. ƏKİZLƏR - Ulduzların düzümü şəhadət verir ki, günün ilk yarısını daha çox Allaha ibadətlə başa vursanız, sonrakı saatlarda heç bir maddi-mənəvi sıxıntı çəkməyəcək, gümrah olacaqsınız. XƏRÇƏNG - Maraqlı insanlarla rastlaşacağınıza inana bilərsiniz. Ola bilsin ki, həmin şəxslər perspektivlərinizin reallaşmasına yardımçı olsun. Ünsiyyətdə acıdil və qərəzli olmayın. ŞİR - Nə qədər çətin olsa da, bu təqvimi təmkinlə başa vurmalısınız. Əks təqdirdə, qarşıdakı ongünlük üçün nəzərdə tutduğunuz mühüm planlarınızın reallaşması xeyli çətinləşə bilər. QIZ - Maliyyə problemləriniz qabarmaqdadır. Lakin narahat olmağa dəyməz. Çünki qarşınızda duran günlərdə bu çətinliyiniz aradan qalxacaq. Nahardan sonra uzaq səfərə çıxmaq uğurludur. TƏRƏZİ - Günün ilk yarısında enerji yığmaq üçün yaxşıca istirahət edin. Çünki saat 13-dən sonra gözlənilmədən aktivləşəcəksiniz. Aldığınız bütün təkliflərə razılıq verin, büdcənizi dağıtmayın. ƏQRƏB - Kifayət qədər sürprizli vaxtdır. Ağlınıza gəlməyən istiqamətlərdən ürəyinizcə olan xəbər və ya təklif ala bilərsiniz. Fəaliyyətlə əlaqəli olmasa, heç bir uzaq səfərə çıxmayın. Gecə coşqulu və ehttiraslı anlarla yadda qalacaq. OXATAN - Yaxşı olar ki, bu təqvimi bütünlüklə istirahətə həsr edəsiniz. Onsuz da fəaliyyət və pul qazanmaq istiqamətində heç bir uğur gözlənilmir. Rəsmi dəvətləri qəbul edin. OĞLAQ - Ürəyinizin səsinə qulaq asın. İmkan verməyin ki, ideyalarınızın istiqamətini kimsə dəyişsin. İnanın ki, belə olarsa bütün cəhdləriniz reallaşacaq. Əyləncələrə aludə olmayın. DOLÇA - Doğmalarınızla münasibətdə bir qədər mübahisə ola bilər. Buna görə də neytral olmalısınız, hətta səhv qarşı tərəfdə olsa belə. Saat 16-19 aralığında hər mənada ehtiyatlı olun. BALIQLAR - O qədər də uğurlu vaxt deyil. Bir tərəfdən səhhətinizdə problemlər, digər tərəfdənsə başa düşülməməyiniz ovqatınızı aşağı sala bilər. Səyyar fəaliyyətdən yayının. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı: bu gün sizi sürpriz gözləyir
Astroloqlar bu günün ulduz falını açıqlayıblar. Qoç - ötən həftə yaranmış bir sıra problemləri həll edə bilərsiniz. Aktiv fəaliyyət zamanıdır. Çözüm və həlli...