Bu gün qadınlar və kişilər əla münasibət qura bilər
Astroloqlar bu günün ulduz falını hazırlayıblar. BAKU.WS günün ulduz falını təqdim edir:
Qoç - Sağlamlığınızla bağlı xırda narahatçılıq gözlənilir. Təzyiqinizin düşmə ehtimalı var. Maddi çətinliklərə görə bədbinləşməyin. Çünki əhalinin böyük əksəriyyəti sizdən də pis dolanır.
Buğa - İxtiyarınızda olan bu təqvim qarşılıqlı anlaşma şəraitində cərəyan edəcək. Sizə qarşı yönələn şübhələri dəf etməyi bacaracaqsınız. Bu amil xüsusilə sevgi istiqamətinə yönəlməlidir.
Əkizlər - Görəcəyiniz işləri xırda detallarına qədər analiz etməyiniz məsləhətdir. Adi bir yanlışlıq planlarınızı poza bilər. Günün ikinci yarısında maliyyə problemlərinizi həll edə bilərsiniz.
Xərçəng - Fəaliyyət göstərdiyiniz sahələrdə həmkarlarınızla mübahisələriniz gözlənilir. Bu istiqamətdə ayıq-sayıqlıq göstərməyiniz vacibdir. Günün ikinci yarısı sövdələşmə üçün ideal vaxtdır.
Şir - Qarşılaşacağınız hadisələrin əksəriyyəti çıxaracağınız qərarlardan birbaşa asılı olacaq. Bu səbəbdən də atacağınız hər bir addımda zərgər dəqiqliyi nümayiş etdirməlisiniz. Səfərə çıxmayın.
Qız – Hər şeyə diqqətlə yanaşın, apardığınız hər bir sövdələşmədə analitik qabiliyyətinizi və məntiqinizi işə salın. Yalnız bu halda uğur görünür. Axşama doğru sağlamlığınıza diqqət yetirin.
Tərəzi - İşgüzar aktivliyinizin yüksələcəyi gözlənilir. Bu səbəbdən də qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdırmaqda çətinlik çəkməyəcəksiniz. Axşama yaxın sürprizlər labüddür.
Əqrəb - Yaxşı olar ki, qeyri-ənənəvi və ya riskli işlərə girişməyəsiniz. Əks təqdirdə cəhdləriniz baş tutmayacaq. Ümumiyyətlə, bu təqvimdə neytral mövqedə dayanmağınız məsləhətdir. Sevgi məsələlərində çox uğurlu gündür. Bu gün qadınlar kişilər əla münasibət qura bilər
Oxatan - Qərarlarınızda qəti olsanız, gün ərzində heç bir maneə ilə rastlaşmayacaqsınız. Ulduzlar müdafiənizdə durduğundan daxili narahatçılığınız da əriyəcək. Ədalətli olun.
Oğlaq - Səhər saatlarında bəzi anlaşılmazlıqlarla rastlaşa bilərsiniz. Lakin günün əsas hissəsində potensial imkanlarınız genişlənəcək. Bəxtinizdən şikayətlənməyin.
Dolça - Nəzərdə tutduğunuz hər bir fiziki işi təxminən saat 15-ə qədər yekunlaşdırmağa çalışın. Çünki sonrakı müddətdə passivləşəcəyiniz mümkündür. Axşam qonaq getməyə dəyər.
Balıqlar - Şəxsi planlarınızda bəzi redaktələrə ehtiyac duyulur. Bir çox məsələlərə yenidən baxmağınız məsləhətdir. Çalışın ki, indiki həlledici məqamda yanlışlığa yol verməyəsiniz. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bu günün ulduz falı: pul qaqzanmaq istəyənlər üçün əla imkanlar yaranacaq
Astroloqlar bu günün ulduz falını hazırlayıblar. BAKU.WS günün ulduz falını təqdim edir: Qoç - Uğurlu gündür. Hər şey planlaşdırdığınız kimi gedəcək. Yaxşı tə...