Bürclər nə vəd edir - 17 may
Qoç - Bəsit düşüncə tərzindən uzaqlaşın. Onsuz da ətrafdakıları öz fikrinizlə razı sala bilməyəcəksiniz.
Buğa - Günün birinci yarısını istirahətə həsr edin. Sonrakı müddətdə isə iş planlarınıza uyğun hərəkət edin.
Əkizlər - Bir çoxlarından daha şanslısınəz. Fiziki cəhətdən özünüzü yormamağa çalışın. Çox sahədə uğur əldə edəcəksiniz.
Xərçəng - Məkrli insanların təsirinə düşməyin. Ovqatınız yüksələcək.
Şir - Gün qənaətbəxş olacaq. Mövcud problemlərinizin həlli üçün ağlınıza yaxşı ideyalar gələcək.
Qız - Qeyri-adi nəsə gözlənilmir. Əsas vaxtınızı müzakirələrə həsr edin.
Tərəzi - Sizi sıxıntıda saxlayan maddi problemləriniz bu gündən tədricən öz həllini tapacaq. Bu isə ovqatınıza müsbət təsir göstərəcək.
Əqrəb - Passiv olmayın. İşgüzar sövdələşmələrə başlamaq, yeni layihələri reallaşdırmaq istiqamətində çalışın.
Oxatan - Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. İşgüzar təkliflərə ciddi baxın.
Oğlaq - İqlimin dəyişkənliyi sizdə ümumi süstlük yaradacaq. İmkan daxilində istirahətə yer ayırın.
Dolça - Qeyri-işgüzar münasibətləri arxa plana keçirməlisiniz. Karyera yüksəlişi gözlənilir.
Balıq - Kobudluq etməklə kiminsə xətrinə dəyməyin. Bu gün bir neçə yeniliyin şahidi olacaqsınız.
Oxşar xəbərlər
Ulduzlar sizə nə vəd edir?
Qoç - səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşacaqsınız. İşgüzar əlaqələrə başlayın. Buğa - maddi durumunuz qənaətbəxş deyil. Bu isə əksər sahələrdə passiv...