Tamaşaçı efirə zəng vurub xalq artistini bacısına görə ittiham etdi - VİDEO

11
may
2018
14:22
Xalq artisti Nazpəri Dostaliyeva bacısı Zeynəb Dostəliyevaya əl tutmamaqda günahlandırıb.BAKU.WS -in məlumatına görə, Tarix Əliyevin aparıcısı olduğu Xəzər TV-nin "Hər şey daxil" verilişinin canlı yayımına zəng edən Qənirə adlı tamaşaçı belə düşündüyünü deyib. O, verilişdə qonaq olan Zeynəb xanıma təriflər yağdırıb. Lakin bacısına kömək etmədiyi üçün Nazpəri xanıma hörməti olmadığını açıqlayıb: "İnsan irəli getdikcə öz yaxınının əlindən tutmalıdır. Bir vaxtlar Zeynəb xanımın düşən vaxtları oldu. İnsan simadan da gözəl ola bilər, şanslı və sponsorları da ola bilər. Amma Nazpəri xanıma o zaman bacısının əlindən tutub yuxarı çəksəydi, o zaman ona böyük hörmətim olardı". Zeynəb Dostəliyeva tamaşaçının bu fikrinə etiraz edərək bildirib ki, onun bacısı ilə heç bir problemi yoxdur: "Mən istəyirəm ki, bu söz-söhbətə nöqtə qoyulsun və bir daha təkrarlanmasın. Qoy xalq da bilsin ki, bizim Nazpəri xanımla heç bir problemim yoxdur". Zülfiyyə Qurbanova BAKU.WS

Oxşar xəbərlər
Nazpəri ilə Ruhi 10 ildən sonra barışdılar (VİDEO)
Xalq artisti Nazpəri Dostəliyeva ilə illər öncə müğənni kimi fəaliyyət göstərən, indi isə biznes leydi kimi tanınan Ruhi Əliyeva 10 il aralarında yaşanan dava-d...