Nazpəri Dostaliyeva: "İlhamə məndən halallıq istədi. Mən isə..." (VİDEO)

Nazpəri Dostaliyeva: İlhamə məndən halallıq istədi. Mən isə... (VİDEO)
Video
Şou-biznes 2396
Xəzər TV-də yayımlanan Hər şey daxil verlişinin bu günkü qonağı Nazpəri Dostaliyeva olub. BAKU.WS-in məlumatına görə, verlişin aparıcısı produsser Tarix Əliyev İlhamə Quliyeva ilə Nazpəri Dostaliyevanın illər öncə aralarında yaşanan qalmaqalından danışıb və ondan olan-keçənlərə aydınlıq gətirməyini istəyib. Tarix bildirib ki: Nazpəri xanım siz şoudan uzaq adamsız. Bəlkə sizin ətrafınızda olan insanlar İlhamə xanımla düşman olduğunuzu istəyirdilər. Dostaliyeva Tarixə cavab olaraq bunları söyləyib: Mən sizə bir sirr açacağam, hələ bu haqda heç bir yerdə danışmamışam. İlhamə rəhmətə gedəndən sonra ( haqq dünyasına qovuşandan sonra ) bir gün mənim yuxuma girdi. O yuxuma girəndə dili ilə söylədiki : Səndən hallalıq istəyirəm. İnanın ki çox pərişan oldum. Səhər sübh tezden hər zaman olduğu kimi orpeyimlə başımı bağladım və İlhamə üçün yasin oxudum. Bilirsiz hər birimizin səhvi olur. Ölənin isə arxasıyca danışmazlar. Mənim ürəyim çox yumuşaqdır elə buna görə həmişə problem yaşamışam. Daha sonra Tolik bildirib ki yaşanan qalmaqaldan sonra mən Nazpəri xanıma zəng vurub söylədim ki İlhamə xanım sizinlə danışmaq istəyir. Mən bu səmimi söhbətin şəxsən özüm şahidi oldum. İnanın ki onlar telefonda elə danışdılar ki, sankı aralarında heç bir söz söhbət və dava-dalaş olmayıb. Tolik Nazpəri xanıma bu söhbətdən sonra həddiyə edib. O xalq artistinin başına dəyərli daşlarla bəzədilmiş tac qoyub. Dostaliyeva Tolikin hədiyyəsini təəcüblə qarşılayıb və olduqca razı qaldığını dilə gətirib. Rəşad ƏliyevBAKU.WS

Son xəbərlər