Nazpəri Dostəliyevanın bacısı: "5-ci sinifdə əmim oğlu ilə nişanlandım" - VİDEO

Nazpəri Dostəliyevanın bacısı: 5-ci sinifdə əmim oğlu ilə nişanlandım - VİDEO
Video
Şou-biznes 3020
ARB TV-nin "Səhər-Səhər" verilişinin qonağı Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyeva olub. Müğənni proqramda uğursuzluqla bitən ilk evliliyindən və ikinci həyat yoldaşından danışıb. "Böyük qızım təzə olmuşdu. Qızımın 1 yaşı var idi, mən onunla görüşürdüm. Evləndik də. Bu, mənim ikinci evlilyim idi. Birinci alınmadı nə isə. Əmim oğlu idi, istəmirdim onu. Uşaq idim, məktəbdə oxuyurdum nişanladılar məni. Məktəbə getmişəm sevincək, konfet paylayıram uşaqlara. Üzüyü qızlara sevinə-sevinə göstərirdim. 5-ci sinifdə oxuyurdum o zaman. 5 il nişanlı qaldım. Əmim oğlu elə yaxşı insan idi, quzu da. Amma ağlım kəsəndən sonra anladım ki, mənə çəkinəcəyim bir insan lazımdır. O insan gözəl insan idi. Mən səhərlər duranda görürdüm ki, səhər yeməyini hazırlayırdı. Yavaş-yavaş qapını döyürdü ki, "Əmi qızı, dur gəl"". BAKU.WS

Son xəbərlər